Şeyxin kimliyi

1 iyun 2016

Şübhə etməyin mənim Şexliyimdən, çünki mənim kimliyimdə bu adı daşımaq üçün bütün şərtlər yerinə yetirilib.

1. Şeyxininizin atası tərəfi Şuşalı Pirizeynallı nəslindəndir. Onların məscidi və piri olmuşdur. Onlar indi də Şuşada vardır. Deməli Mən qədim kahinlər nəslindənəm.

2. Şeyx olan kəsin soyu mütləq Məhəmməd peyğəmbərə çıxmalıdır. Mənim ana tərəfim bakılı seyidlərdəndir, imam Məhəmməd Bağırın nəslindəndir.

3. Şeyx ən sadə xalqın həyatını yaşamalıdır. Mən də keçmişdə fəhlə olmuşdum.

4. Şeyx həccə getməlidir və bunu etmişdir, hacıdır.

5. Şeyxin həyatı heç də asan olmur. O həm də təqib edilməlidir. Məni də zaman-zaman təqib edirlər. Rusiyanın Samara şəhərində həqiqəti ifadə etdiyimə görə məhkəməm olmuşdur.

6. Şeyx hicrət etməlidir. Mən də yaşadığım yeri tərk etmişdim.

7. Şeyx cihad etməlidir. Mən də əskər olmuşdum. İndi də hər zaman ermənilərlə və başqa müxaliflərlə intellektual cihad aparıram.

8. Şeyxin yüksək dünyəvi adları da olmalıdır. Mən də elmlər doktoruyam.

9. Şeyx səyahətlər etməlidir. Bunu gənclik yaşlarımdan bu günə kimi edirəm.

10. Şeyx müasirliyə uyğynlaşmalı, yeni texnologiyalara yiyələnməlidir. Məndə də bu var.

11. Şeyxə düşmənlər də hörmət etməlidir və edirlər.

12. Şeyx yaradıcılıqla məşul olmalı və olur.

13. Şeyx heç kimin xətrinə dəyməli deyil, hamını başa düşməlidir və bunu edir..

14. Şeyx yüksək mənəvi məqamlara çatmalıdır və çatıb.

Ona görə də mən həqiqi Şeyxəm, sizin mürşidinizəm.