Şeyxin cihadı haqqında

31 may 2016

Sevimli Millətim! Sizdən üzr istəyirəm ki, uzun müddət sizi tərk edib ermənilərlə cihada çıxmalı oldum. Oradan əli boş da qayıtmadım. Sizin mürşidiniz ilk dəfə olaraq idmanda yox, dava-dalaşda yox; məntiqdə, ağılda, fəlsəfədə, söz çəkişmələrində ermənilərin ordusu ilə savaşıb qalib çıxdı. Onlara sübut etdim ki, onlar qoyundurlar. Özü də elə etdim ki, etiraz edə bilmədilər. Sonra sübut etdim ki, soyqırım olmayıb. Bunu da elə etdim ki, onlar səslərini çıxarda bilmədilər. Məndən qabaq bunu edən olmamışdı. Ona görə həmişə dəyər verin mürşidinizə.

Hətta iş o yerə çatdı ki, erməni mətbuatı mənim yazılarımı dərc edib məni ilk dəfə olaraq "Azərbaycan filosofu" adlandırdı. Öz ölkəmdə mənə rəsmi olaraq belə adı heç kəs verməmişdi. Ancaq ermənilər məni filosof adlandırdı. İndi mənim dəlilim var ki filosofam. Mənə desələr yox, onlara lap Hayastannews saytından bunu sübut edərəm.

Beləliklə erməniləri yenən Şeyxiniz yeni güclə qayıdır millətə!

==========================

Bildiyiniz kimi Şeyx cihaddan qayıtmışdır. O cihadın əhəmiyyəti və nəticələri haqqında çoxlu rəylər gəlir. Hamınız var olun. O rəylərin arasında bu yazı məni ən çox sevindirdi. Deməli Şeyxin qələbəsi heç də hərbi qələbədən zəyif deyil.

Фото Айдына Ализаде.

====================

Məndən soruşdu Zaur Muradov:

"Ya Şeyx bizimkilər hələ də Girdiman dövlətinin yerini axtarırlar. Bizimkilərə qalsa ehhh eh. Bəlkə biz bizimkilərdən fəqli olaraq bir cəhd edək. Siz necə düşünürsüz?"

Ona cavabım:

Əslində o fərqli cəhdi mən etdim. Ona görə də ermənilər geri oturdu. Burada deyildiyi kimi, ilk dəfə olaraq hamı gördü ki, onlar mənim qabağımda dura bilmədilər. Adətən isə bizim azərbaycanlılar onları heç vaxt yenə bilmirdilər.

Məsələ burasındadır ki, bizimkilər ermənilərlə mübahisələrdə eyni şeyləri işlərirdilər ki, bunlar da tarixə istinad, hansısa tarixçidən sitatlar gətirmə, qədim xəritələr göstərmə, bizim bəzi alimlərin mübahisəli fikirlərini təkrarlama və s. Buna qarşı isə ermənilər çoxdan öz əks dəlillərini hazırlayıblar. Bizimkilərin xəritələrinin, tarixin və s. qarşısına özlərinkini gətirirdilər. Hətta mənim müşahidələrimə görə onların dəlilləri bizimkilərdən güclü görsənir.

Eyni zamanda onların elmi və nəzəri hazırlığı bizimkilərin böyük əksəriyyətindən yüksəkdir. Biz burada qohumbazlıq, yerlibazlıqla məşğul oluruq, onlar isə həqiqi alimlər yetişdirir. Bizim kadrlarımızın çoxusu təsadüfi adamlardır. Onların isə güclü məktəbləri var. Ona görə də mübahisələri bizimkilər uda bilmirlər. Uzaq başı populist şüarlar səsləndirirdilər. Sonra isə erməniləri lobbi yaratmaqda suçlayırdılar. Sonda da dava salıb inciyib çıxıb gedirdilər. Halbuki əslində mənəm-mənəm deməklə deyil. Həqiqətən də bizimkilərin səviyyəsi aşağıdır, ümumiyyətlə.

Mən isə ilk dəfə olaraq ermənilərlə mübahisədə onların gözləmədiyi metodu işlətdim. Bu da fəlsəfə, məntiq, sağlam düşüncə, ironiya, sarkazm, onları məntiqlə dolaşdırmaq və s. Bax bu metoda onlar hazır deyil idilər. Onlar məndən gözləyirdilər ki, mən də başqa azərbaycanlılar kimi onlarla tarix və xəritə söhbəti edəcəyəm. Ancaq belə bir şeyə rast gəldilər ki, belə şeylə ilk dəfə rastlaşdılar.

Onlar mənim səhifəmə qəsdən girdilər və ilk olaraq mənə gülürdülər. Deyirdilər sən kimsən? Azərbaycan Elmlər Akademiyasının işçiləri ilə biz çox danışıb hamısını susdurmuşuq. Sizdə nə elm var ki? Sayları da çox idi. Birdən brə azı 50 erməni daxil olmuşdu. Sadəcə bunlar daha bir azərbaycanlı elmlər doktorunu, alimini rüsvay etmək istəyirdilər. Hətta mətbuatları da burada idi.

Ancaq söhbətlərin gedişində məlum oldu ki, mənim irəli sürdüyüm metod onları darmadağın etdi. Hətta onların mətbuatı mənim Azərbaycan filosofu olduğumu etiraf etdi.

Baxın görün ki, fəlsəfənin gücü nə qədər çoxdur!

Mənim ermənilərlə mübahisədə qalib gəlməyim isə təsadüf deyil. Mən 20 ilə yaxın ən mürəkkəb mübahisələrdə iştirak edib, orada öz metodumu yaratdım. Mübahisə elə belə şey deyil, elmdir. Onu bilmək və öyrənmək, sonra isə təcrübədən keçirmək lazımdır. Yəni mən mübahisə elminin əsasları ilə çəkişirəm. Məhz ona görə də mənə mübahisədə qalib gəlmək mümkün deyil. Mən hələ heç vaxt məğlub olmamışam.

Hətta mənim mübahsəni necə aparmaq haqqında elmi yazılarım var. Onu mən Vikipedyada dərc etmişəm. Kim istəyir oxusun. Oradakı müddəalarla mən hər zaman mübahisə edib uduram.

Beləliklə ermənilərə qalib gəlməyim təsadüf deyil. Sadəcə mən peşəkaram, bu işin elmini bilirəm və bu sahədə elmi əsərlər yazmışam.

Bax hamımız belə olsaq biz erməniləri udarıq. Yoxsa biliksizlik, yerlibazlıq, rüşvət, həyasızlıq və s. amillərlə alim olanda axırı nə olur? Ancaq məğlubiyyət. Daydaysız, qohumsuz, pulsuz, yerlisiz alim olmalıdır ki, nəsə edə bilsin. Yoxsa bizdəki abhava ilə uğur qazanılmaz.

Beləliklə ermənilərə qalib gəlməyimin səbəbləri budur. Onu da deyim ki, mənim qalibiyyətim bir istisnadır. Ümumiyyətlə isə ermənilərin səviyyəsi bizimkilərdən çox üstündür. Mən təkəm. Onların isə məktəbləbi var.

Bu isə mənim məqaləm: https://az.wikipedia.org/wiki/M%C3%BCbahis%C9%99