Şeyxin bir qıza fətvası

15 iyun 2016

Bir qız var, Şeyxdən soruşur ki, mənim nişanlım məni Facebookda başqa oğlanlardan dostluq qəbul etdiyimə görə qısqanır. İndi nə edim?

Dedim ona ay qız, O nişanlın sənin xəbərin olmadan başqa qızlarla ünsiyyət axtarır. Səndən sədaqət istəyir, özü isə hesab edir ki, sədaqətli arvad olmalıdır. Yoxsa o oğraş olar. O özü sədaqətli olmasa isə, arvad oğraş olmur. Ona görə ona hər şey olar, arvada yox.

Bu bizim milli adətdir. Kişiyə hər şey olar, arvada yox. Ona görə də o nə deyirsə desin, sən onunla razılaş, sədaqətdə and iç, ancaq öz işində ol, kimlə istəyirsən dostluq et. Sən nişanlını aldat. Çünki bil ki, o səni indi və gələcəkdə də aldadacaq.

Bilsən ki, o səni aldadır, təəccüb etmə və qısqanma. Qısqanmaqdansa get həmən onun etdiyinin qarşılığını ver bacardığın qədər. Bu sədaqət zad boş şeydir. Onu gözləsən bədbəxt olacaqsan həyatın boyu. Bu dünya yalan üzərində qurulub. Ona görə də hiləgər ol.

Bax ingilis-ruslara. Onlar nə istəyərlər edərlər. Ən yaxşı kişilər də onlarındır. Sizi isə verəcəklər əmioğlunuza, bilməyəcəksiniz həyat nədir.

Bu dünyada heç kəsə inianma və bil ki, bir dəfə yaşayırsan. Özün üçün yaşa, ər, uşaq, qohum, yerli üçün yox.